İkiqat Məzənnə

milli valyuta kursunun ikiqat qiymətləndirilməsindən ibarət olan valyuta əməliyyatlarının dövlət tənzimlənməsi üsuludur.
İkiqat Gömrük Tarifi
İkiqat Sığorta
OBASTAN VİKİ
Çarpaz məzənnə
İkiqat dolma
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək. == Tarixçə == İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir. == Xüsusiyyətləri == Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur; kələmə bükülmüş yarpaq özü də yaxşı bişir; kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir. Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
İkiqat inteqral
İkiqat inteqral birdən çox dəyişəni olan funksiyaların müəyyən inteqralının ümumi formasıdır, məsələn f(x, y) və ya f(x, y, z). R2 sahəsində ikidəyişənli funksiyanın inteqralı ikiqat inteqral,R3 sahəsində üçdəyişənli funksiyanın inteqralı isə üçqat inteqral adlanır. == Giriş == Birdəyişənli müsbət funksiyanın müəyyən inteqralının funksiya ilə x oxu arasındakı hissənin sahəsini ifadə etdiyi kimi, ikidəyişənli müsbət funksiyanın ikiqat inteqralı da funksiya tərəfindən təyin olunan əyri ilə (üçdəyişənli Kartezian müstəvisində z = f(x, y)) sahəni əhatə edən müstəvinin həcmini təyin edir. (Eyni həcm üçqat inteqralla da tapıla bilər f(x, y, z) = 1) Əgər funksiya çoxdəyişənlidirsə o zaman ikiqat integral çoxölçülü funksiyanın hiper həcmini ifadə edəcək. == Riyazi tərif == n > 1 halı üçün "yarı açıq" n-ölçülü hiper dördbucaqlı T domeninin təyinatı: T = [ a 1 , b 1 ) × [ a 2 , b 2 ) × ⋯ × [ a n , b n ) ⊆ R n . {\displaystyle T=\left[a_{1},b_{1}\right)\times \left[a_{2},b_{2}\right)\times \cdots \times \left[a_{n},b_{n}\right)\subseteq \mathbf {R} ^{n}.} Hər interval bölgüsü [aj, bj) sonlu Ij ailəsinin örtüşməyən alt intervalı olan ijα, ilə sol tərəfdən bağlı sağ tərəfdən isə açıqdır. Beləliklə sonlu alt dördbucaqlı ailəsi olan C C = I 1 × I 2 × ⋯ × I n {\displaystyle C=I_{1}\times I_{2}\times \cdots \times I_{n}} şəklində verilir və T `nin bir bölgüsüdür;alt dördbucaqlı Ck örtüşməyəndir və onların birləşməsi T `dir. f : T → R , Tüzərində təyin olunan funksiyadır. Hesab edək ki T `nin hissəsi olan C, m ald dördbucaqlılar ailəsidir, Cm və T = C 1 ∪ C 2 ∪ ⋯ ∪ C m {\displaystyle T=C_{1}\cup C_{2}\cup \cdots \cup C_{m}} (n + 1) ölcülü həcmin Riman cəmi ∑ k = 1 m f ( P k ) m ⁡ ( C k ) {\displaystyle \sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} (C_{k})} Pk , Ck `da yerləşən nöqtədir və m(Ck) intervalların uzunluqları hasilidir. S = lim δ → 0 ∑ k = 1 m f ( P k ) m ( C k ) {\displaystyle S=\lim _{\delta \to 0}\sum _{k=1}^{m}f(P_{k})\,\operatorname {m} \,(C_{k})} .
İkiqat zərbə
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir.
İkiqat vergitutma
İkiqat vergitutma — bir şəxsin və ya təşkilatın eyni gəlir, mənfəət və ya əmlak üzərində iki fərqli ölkə tərəfindən vergiyə cəlb olunmasını ifadə edir. Bu vəziyyət, beynəlxalq ticarət, sərmayə yatırımları və ya xarici gəlirlər əldə edən şəxslər üçün problem yarada bilər. Azərbaycanın da bir çox ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələri mövcuddur. Bu müqavilələr konkret vergiləri və tətbiq edilən şərtləri tənzimləyir. İkiqat vergitutmanın qarşısını almaq və investorların təşviq edilməsi məqsədilə bir çox ölkə arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr (Double Taxation Agreements, DTAs) bağlanır. Bu müqavilələrin əsas məqsədi: Vergi yükünün azaldılması — şəxslərin və ya şirkətlərin eyni gəlirə iki dəfə vergi ödəməkdən qorunması. Vergi öhdəliklərinin aydınlaşdırılması — hər bir ölkənin hansı vergiləri tətbiq edəcəyini müəyyən etmək. Vergidən yayınmanın qarşısının alınması — vergi məlumatlarının mübadiləsi vasitəsilə şəffaflığın artırılması. İkiqat vergitutmanın qarşısını almaq üçün iki əsas metod tətbiq olunur: Vergi kreditləri (ing. Tax Credit) — şəxs və ya şirkət, xarici ölkədə ödənilən verginin miqdarını öz ölkəsində ödəməli olduğu vergidən çıxmaq hüququ əldə edir.
İkiqat şah
İkiqat şah — Şahmat termini. Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Sabit məzənnə sistemi
Sabit məzənnə — hər hansı bir valyuta məzənnəsinin digər bir valyutalar səbətinə və ya hər hansı bir valyuta məzənnəsinin qızıl kimi dəyər ölçülərinə qarşı təyin olunduğu valyuta məzənnəsinin bir növüdür. Hər hansı bir valyutanın dəyərini sabitlərdirmək üçün həmin valyuta bir başa başqa bir beynəlxalq əhəmiyyətli və ya daha stabil məzənnənin təyin olunmuş nisbətinə istinad edilir. Beləliklə, hər hansı valyuta ilə istinad edilmiş valyuta arasındakı valyuta məzənnəsi, çevik mübadilə rejimindən fərqli olaraq, bazar şərtlərinə əsasən dəyişmir. Bu proses, hər iki valyutanın xas olduğu iki sektor arasında ticarət və investisiyaların daha asan və daha çox proqnozlaşdırılmasını təmin edir və əsasən, xarici valyutadan geniş istifadə edilən və xarici ticarəti ÜDM-nin böyük bir hissəsini təşkil edən kiçik iqtisadiyyatlar üçün faydalıdır. Həs hansı bir sabit valyuta məzənnəsi sistemi valyutanın davranışına nəzarət etmək üçün də istifadə edilə bilər; məsələn: inflyasiyanın dərəcələrini məhdudlaşdırmaq üçün. Bunu etməklə, cari valyutanın istinad dəyərinə nəzarət edilir. Beləliklə, istinad edilmiş valyutanın dəyərinin yüksəldiyi və ya düşdüyü zaman, ona istinad edən hər hansı bir valyutanın dəyəri də digər valyutalara və qiymətli pul vahidləri ilə ticarət edilə biləcəyi əmtəələrin dəyərinə nisbətdə artır və ya düşür. Əlavə olaraq, mükəmməl sərmaye çevikliyi fərziyyəsinə söykənən Mundell-Fleminq modelinə əsasən sabit bir məzənnə sistemi hökumətə makroiqtisadi sabitliyə nail olmaq üçün daxili pul siyasətindən istifadə etməyə mane olur. Sabit məzənnə sistemində, bir ölkənin mərkəzi bankı açıq bazar mexanizmini istifadə edir və istinad nisbətinin sabit dəyərini saxlamaq məqsədilə hər zaman həmin valyutanı müəyyən bir qiymətlə almaq və ya satmağa hazır olur. Milli valyutanın devalvasiyası zamanı mərkəzi bank ehtiyatda olan xarici pulu satır və milli valyutanı geri alır.
İkiqat lələkyarpaq yatıqqanqal
İkiqat lələkyarpaq yatıqqanqal (lat. Bidens bipinnata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
İkiqat şah (şahmat)
İkiqat şah — Şahmat termini. Eyni vaxtda iki fiqurun şaha təhlükə törətməsi.
Zombilənd: İkiqat Atəş
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. == Məzmun == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.
İkiqat işarələmə dili
İkiqat işarələmə dili — dilçilikdə qrammatik münasibətlərin həm başlıqda (məsələn, fel və ya isim) həm də ona tabe olan elementdə (məsələn, subyekt və obyekt) işarələndiyi dilləri ifadə edən bir anlayış. Bu termin, dilin qrammatik strukturlarını təsvir etmək üçün başlıq-tabe nəzəriyyəsində istifadə olunur. == İkiqat işarələmə dilinin xüsusiyyətləri == 1. Qrammatik münasibətlərin iki yerdə işarələnməsi: Cümlədə subyekt-fel və obyekt-fel münasibətləri həm fellərin morfologiyası, həm də ismin şəkilçiləri ilə işarələnir. Məsələn: Subyekt: Şəxs şəkilçisi feldə işarələnir. Obyekt: Hal şəkilçisi isimdə işarələnir. 2. Morfoloji uyğunlaşma: Başlıq və tabe elementlər arasında uyğunlaşma tələb olunur (məsələn, say, şəxs və cins baxımından). == Türk dilləri == Cümlədə başlıq və tabe elementlər arasında həm fel üzərində, həm də isim üzərində işarələmə aparılır: Mən kitabı oxuyuram: "Mən" — subyekt şəxs əvəzliyi olaraq felin şəxs şəkilçisi ilə uyğunlaşır. "Kitabı" — obyekt hallanaraq təsirlik hal şəkilçisi "-ı" alır.
İdarə olunan üzən məzənnə rejimi
İdarə olunan üzən məzənnə rejimi (ing. managed float regime) — valyuta məzənnələrinin bazardakı tələb-təklifə uyğun olaraq gündəlik dəyişməsi ilə yanaşı, həm də mərkəzi banklar tərəfindən valyuta alış-satışı yolu ilə yerli valyutanın məzənnəsinə müdaxilə edilməsi ilə xarakterizə olunan beynəlxalq maliyyə mühitidir. Bu həm də çirkli üzmə (dirty float) adı ilə tanınır. Beynəlxalq Valyuta Fondunun 2014-cü ilə olan məlumatına görə 82 dövlət və region idarə olunan üzən məzənnə rejimindən istifadə edir ki, bu da mövcud məzənnə rejimi növləri arasında üstünlük təşkil edir.
İkiqat Sosialist Əməyi Qəhrəmanı
İki dəfə Sosialist Əməyi Qəhrəmanı — 221 nəfər bu ada layiq görülüb.
İkiqat Sovet İttifaqı Qəhrəmanı
İkiqat Sovet İttifaqı Qəhrəmanı (rus. Дважды Герои Советского Союза) — 154 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. İkinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilən şəxslərə ikinci dəfə "Qızıl Ulduz" medalı verilərək, vətənində ona burunc büst qoyulurdu. Azərbaycanda bu ada ikinci dəfə general-mayor Həzi Aslanov layiq görülmüşdür.
İkiqat lələkyarpaq yalançı sabunağacı
İkiqat lələkyarpaq yalançı sabunağacı (lat. Koelreuteria bipinnata) == Təbii yayılması == Şimali Çin, Kоrеya və Şərqi Mоnqоlustanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 8 m-ə çatan dеkоrativ ağacdır. Yarpaqları lələkvaridir. Yarpaq bölünməsinin üç hissəli olması bitkiyə daha çox dekorativ görünüş verir. Bölünmənin birinci cərgəsi cüt-lələkvari, ikincisi (xırda yarpaqların hissələrə bölünməsi) cüt olmayan lələkvaridir. Yayın ortalarında, çiçəkləmə dövründə, tünd yaşıl çətiri çoxsaylı və iri sarı çiçəklərlə örtüldükdə çox gözəl olur. Çiçəkləri yazda cüt, ağ, içərisi yumru, xırda, qara- qonur, bərk toxumludur. Çiçəkləyir və cücərmə qabiliyyətinə malik tоxum vеrir. Tоxumlar və kök pöhrələri ilə çоxalır.
İkiqat partlayış (film, 1994)
İkiqat partlayış (ing. Double Blast) — 1994-cü ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Klaudia arxeoloq qadındır.
İkiqat zərbə (film, 1991)
İkiqat zərbə (ing. Double Impact) — 1991-ci ildə Şeldon Lettiç tərəfindən çəkilən ABŞ filmidir. Filmdə baş rolu canlandıran Jan-Klod Van Damm, filmin ssenari müəllifi və prodüserlərindən biridir.
Zombilənd: İkiqat Atəş (film, 2019)
Zombilənd: İkiqat Atəş (ing. Zombieland: Double Tap) — Ruben Fleyşerin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş postapokaliptik zombi komediya filmi. Bu "Zombilənd" filminin davamıdır. Filmdə hadisələr Ağ Evdə keçir. == Məzmun == Amansız və qorxmaz dörd zombi ovçusu daxili səyahətlərini davam etdirir. Bu dəfə onlar yalnız canlı ölülərin yeni növləri ilə mübarizə aparmalı, digər sağ qalanlarla da tanış olmalıdırlar. Bundan əlavə, qəhrəmanlarımızın sıralarında ciddi fikir ayrılığı müşahidə olunur.